Bakıda vəhhabilərə qarşı əməliyyat keçirildi, 40-a yaxın şəxs saxlanıldı
Bizi izləyin

Hadisə

Bakıda vəhhabilərə qarşı əməliyyat keçirildi, 40-a yaxın şəxs saxlanıldı

Bakıda radikal dini qruplaşma üzvlərinə qarşı əməliyyat keçirilib.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, “Farklı Lahmacun” kafesində həyata keçirilən əməliyyat zamanı vəhhabi təriqətinin üzvü olduğu ehtimal olunan 40-a yaxın şəxs saxlanılıb. Saxlanılanların arasında “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun müavini Adil Rəcəbov da var.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, hadisə ilə bağlı nazirlik rəsmi açıqlama yayacaq.

Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı “haqqın.az” saytı MTN-in İctimaiyyətlə Əlaqə İdarəsinə istinadən yayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm