İsmayıllıda qəza: ailənin 2 üzvü öldü
Bizi izləyin

Hadisə

İsmayıllıda qəza: ailənin 2 üzvü öldü

İsmayıllı rayonunda bir ailənin iki üzvünün ölümü, bir nəfərin xəsarəti ilə nəticələnən avtomobil qəzası baş verib.

Publika.az FHN-nin saytına istinadla xəbər verir ki, rayonun Gəraybəyli kəndində yanğınla nəticələnən yol qəzası baş verib.

Nəticədə “Mercedes” markalı minik avtomobili tamamilə yanıb. Qəza nəticəsində avtomobilin sürücüsü, 1948-ci il təvəllüdlü İsmayılov Vaqif Tofiq oğlu və 1976-cı il təvəllüdlü İsmayılov Məhəmməd Vaqif oğlu aldıqları müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat ediblər.

Digər sərnişin isə müxtəlif bədən xəsarətləri alıb. V. İsmayılov və M. İsmayılovun cəsədləri, həmçinin xəsarət alan vətəndaş yanğınsöndürən-xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil veriliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm