Yaşlı qadını vəhşicəsinə döydülər - VİDEO
Bizi izləyin

Hadisə

Yaşlı qadını vəhşicəsinə döydülər - VİDEO

Qaxın Baydarlı kəndində qonşular arasında kütləvi dava düşüb. Hadisədə yaşlı qadın xəsarət alıb. Kənd sakini 52 yaşlı Kifayət Əhməd qızı Bəbəşova qonşuları tərəfindən döyülüb.

Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Kifayət Bəbəşova baş və bədəninin müxtəlif yerlərindən çoxsaylı xəsarətlər alıb, hazırda vəziyyəti orta-ağırdır.

Hadisə şahidlərinin məlumatına görə, qonşular arasında mübahisə kəndin yollarına tökülən çınqıl üstündə baş verib. Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm