Hadisə
Bakıda cinayətkar dəstə tutuldu - FOTO
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Şirvan şəhər sakini Səbuhi Məmmədov, həmçinin Hacıqabul rayon sakinləri - Güləhməd Mirzəyev və Natiq Kazımov saxlanılıb.
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdiyi
əməliyyat nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə
məşğul olan Şirvan şəhər sakini Səbuhi Məmmədov, həmçinin Hacıqabul
rayon sakinləri - Güləhməd Mirzəyev və Natiq Kazımov saxlanılıb.
APA-nın məlumatına görə, keçirilən tədbirlərlə onların Gülnar adlı
şəxs vasitəsi ilə barələrində rüsvayedici videolar yayacaqları
hədəsi ilə bir neçə vətəndaşdan külli miqdarda pul almaları müəyyən
edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Baş İdarə əməkdaşları
tərəfindən Şirvan şəhər sakini Gülnar Əhmədova da tutularaq
istintaqa cəlb edilib.
Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb,
araşdırmalar davam etdirilir.
Qeyd edək ki, fotoları təqdim edilən dəstə üzvlərinin cinayət
əməllərindən başqa zərərçəkən şəxslər varsa, bu barədə aidiyyəti
üzrə polis orqanlarına və ya 012-590-66-58 telefon nömrəsinə zəng
edərək məlumat vermələri xahiş olunur.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!