Bakı-Sumqayıt yolunda dəhşətli qəza - VİDEO
Bizi izləyin

Hadisə

Bakı-Sumqayıt yolunda dəhşətli qəza - VİDEO

Bakı-Sumqayıt yolunda iki yük avtomobili toqquşub, sürücü xəsarət alıb. Hadisə Çeyranbatan qəsəbəsi yaxınlığında qeydə alınıb.

Sumqayıt Şəhər Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Zakir Bəybala oğlu Əlizadənin idarə etdiyi 50-AC-845 dövlət nömrə nişanlı "KamAZ" markalı yük avtomobili ilə Elçin Zeynalovun idarə etdiyi "Mercedes" markalı yük maşını toqquşub.

Qəza nəticəsində "Mercedes"in sürücüsü və avtomobildə olan digər sərnişin ağır bədən xəsarətləri ilə paytaxtdakı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Xəstəxanadan hər iki yaralının vəziyyətinin ağır olduğunu bildirdilər.

Hadisəyə ilkin ehtimal "Mercedes"in köməkçi yoldan əsas yola çıxarkən əsas yolda hərəkət edən "KamAZ"ı gözləməməsi göstərilir.

"Mercedes"in içi narla dolu olduğu üçün qəza nəticəsində meyvələr yola tökülüb və yolda uzunmüddətli tıxac yaranıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm