Canavar 8 heyvanı parçaladı, çoban son anda qaça bildi - VİDEO
Bizi izləyin

Hadisə

Canavar 8 heyvanı parçaladı, çoban son anda qaça bildi - VİDEO

Bölgələrdə canavar hücumu adi hal alıb. Ağsuda baş verən hadisənin bənzəri bu dəfə Şamaxıda yaşanıb. Şamaxı sakini Eyvazov Əlibayrama məxsus təsərrüfata canavarlar hücum edib.

Hadisə ötən gün axşam saatlarında rayonun Şərədil kəndi yaxınlığında baş verib. Çoban otlaq sahəsindən sürünü obaya gətirərkən yolda canavarların hücumuna məruz qalıb. Çoban sürünü qoyub qaçmaq məcburiyyətində qalıb. Kömək üçün yaxınlıqdakı insanlar gəlib. Onlar yetişdikdə isə artıq iş-işdən keçmiş olub. Ac canavarlar 100 başlıq sürüyə soxularaq 5 qoyunu, bir at balasını parçalayıb, 1 keçi, 2 qoyunu isə aparıb.

Çobanların sözlərinə görə, son 1 həftədə canavar hücumları artıb. Oxşar hadisə bir neçə gün öncə yaşanıb. Çobanlar çətinliklə də olsa, canavarları obadan uzaqlaşdıra biliblər. Ancaq sonuncu hadisə zamanı bu mümkün olmayıb. Çobanlar belə halların təkrar yaşanmaması üçün əlaqədar qurumlardan kömək istəyirlər. (Region TV)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm