Bakıda əzablı ölüm: yıxıldığı quyuda günlərlə can verdi
Bizi izləyin

Hadisə

Bakıda əzablı ölüm: yıxıldığı quyuda günlərlə can verdi

Nizami rayon Polis İdarəsinin (RPİ) əməkdaşları Bakıda düz 40 gün qabaq itkin düşmüş kişinin meyitini tapıblar.

Bu barədə virtualaz.org saytına Nizami RPİ-dən məlumat veriblər.

Qeyd edək ki, Bakı sakininin müəmmalı şəkildə yoxa çıxması faktı bir ay əvvəl sosial şəbəkələrdə də qızğın müzakirə olunurdu. İtkin düşmüş şəxsin yaxınlarının və tanışlarının dediyinə görə, həmin adam gecə toydan qayıdanda itkin düşüb. Kişi sərxoş olub, yolu azıb və dərin bir quyuya düşüb. Özünə gələndən sonra isə iki qardaşı ilə telefon əlaqəsi saxlayıb. Onlara haradasa dərin bir quyuya düşdüyünü bildirib, amma dəqiq ünvanı, harada olduğunu başa sala bilməyib. Onun axtarışlarına başlanılsa da, nəticə əldə edilməyib.

Dünən axşam isə Nizami RPİ əməkdaşları 1962-ci il təvəllüdlü Fuad Həsən oğlu Hadiyevin meyitini “Azərsutikinti” xəstəxanasının yaxınlığındakı fərdi torpaq sahəsində qazılmış lift şaxtasında tapıblar. Quyu 5 metr dərinlikdə olub. F.Hadiyevin meyitini sputnik monitorinqinin köməyi ilə aşkarlamaq mümkün olub.

Məlum olub ki, F.Hadiyev qardaşları ilə ilk iki gün ərzində telefon əlaqəsi saxlaya bilib. Sonra isə telefonun batareyası tükənib və əlaqə kəsilib.

O da məlumdur ki, F.Hadiyev toydan qayıdanda “Dakar” gecə klubunun müşahidə kameralarına düşüb. Bu klub isə mərhumun düşdüyü quyuya yaxın ərazidədir.

F.Hadiyevin qardaşları onun çürüyüb dağılmış meyitini paltarlarından və mobil telefonundan tanıyıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm