Bakıda iki avtobus toqquşdu, 6 yaralı
Bizi izləyin

Hadisə

Bakıda iki avtobus toqquşdu, 6 yaralı

Bakıda marşrut avtobusu mikroavtobusla toqquşub. Hadisə ötən gün səhər saatlarında baş verib. Hadisə nəticəsində avtobusda olan 8 nəfərdən 6-sı xəstəxanaya yerləşdirilib.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTYS) baş həkimi Rauf Nağıyev Publika.az-a bildirib ki, qəza nəticəsində ölən olmayıb. Müxtəlif bədən xəsarətləri alan 8 sərnişindən 6-sı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralıların vəziyyətlərinin stabil olduğu bildirilir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm