İş adamı atasının qəbri üstündə özünü güllələdi
Bizi izləyin

Hadisə

İş adamı atasının qəbri üstündə özünü güllələdi

Azərbaycanda sahibkar atasının qəbri üstündə özünü güllələyib.

"Report" xəbər verir ki, intihar hadisəsi Ağdaş rayonunun Güvə kəndində baş verib.

Belə ki, kənd sakini, 1965-ci il təvəllüdlü Mirələm Davud oğlu İsmayılov kənd qəbiristanlığında atasının məzarı başında özünü güllələyib. Təklüləli ov tüfəngi mərhumun özünə məxsus olub.

Qeyd edək ki, M.İsmayılov iki uşaq atası olub. O, biyan kökü toplamaq biznesilə məşğul olurmuş.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm