Hadisə
Bakıda hamilə qadını döyən şəxs həbs olundu
.jpg?v1660221918)
Baş Prokurorluq arvadını döyən şəxs barədə məlumat yayıb.
Publika.az-a daxil olan məlumata görə, Sabunçu rayonunun Zabrat qəsəbə sakini Aliyə Mansurovanın həmin ünvanda qeyri-rəsmi birgə yaşadığı Rüfət Mehdiyev tərəfindən döyülərək xəsarət alması faktına görə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyinin tapşırığına əsasən Bakı şəhər prokurorluğunda davam etdirilir.
Aparılmış istintaq zamanı cinayət əməli Cinayət Məcəlləsinin 133.2.2 (əzab vermə, aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə), 133.2.6 (əzab vermə, işgəncə verilməklə törədildikdə) və 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddələrinə tövsif edilib. R.Mehdiyevə həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barəsində Sabunçu rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

-
Sosial16:40
Yoluxanların sayı kəskin artdı
-
Nida Xəbər 15:38
Bir qrup QHT bəyanat yaydı: - Səfirliyimizə hücum edənlər cəzalandırılsın
-
Sosial15:19
Xankəndinə çatanda ermənilərin telefonuna gələn SMS - FOTO
-
Hadisə14:58
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında araşdırma başladı
-
Qarabağ 14:46
Larisa Alaverdyan: - Azərbaycanlılar Ermənistana QAYIDACAQ
-
ABŞ14:38
Bu hadisə ABŞ üçün tam uğursuzluq idi, çünki... - Con Bolton
-
Digər14:21
"Donetskin açarı" TUTULDU: - Kiyek TƏKZİB etdi
-
Dünya13:34
Tacikistanda “Regional Əməkdaşlıq-22” hərbi təlimləri - 7 ölkə iştirak edir