Hərbi yük maşını qatarla toqquşub: 1 əsgər yaralanıb
Bizi izləyin

Hadisə

Hərbi yük maşını qatarla toqquşub: 1 əsgər yaralanıb

Oktyabrın 30-da MAZ markalı hərbi yük maşını dəmiryol ötürücüsünü keçərkən qatarla toqquşub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, qəza nəticəsində bir nəfər hərbi qulluqçu - avtomobilin sürücüsü əsgər Muxtarlı Məhəmməd Əhməd oğlu xəsarət alıb.

M.Muxtarlı hərbi tibb müəssisəsinə yerləşdirilib.

Hadisə ilə əlaqədar cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm