Elşad Abdullayevin bacısı oğlu sərhəddə saxlanılıb – RƏSMİ
Bizi izləyin

Hadisə

Elşad Abdullayevin bacısı oğlu sərhəddə saxlanılıb – RƏSMİ

Baş Prokururluq Azad Mursalıyevin həbs edilməsi xəbərinə münasibət açıqlayıb.

Baş Prokurorluqdan Publika.az-a verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində Azad Mursalıyevin həbs olunması barədə yayılmış informasiyalar həqiqəti əks etdirmir.

Göstərilənlərlə bağlı qeyd edilir ki, Mahir Abdullayevin itkin düşməsi faktı ilə bağlı Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə A.Mursalıyevin cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən məlumatlara malik olduğunu nəzərə alaraq, eləcə də istintaqla mütəmadi və sıx əlaqələrini təmin etmək məqsədi ilə müvafiq qaydada ölkə ərazisindən çıxışına məhdudiyyət qoyulub.

Barəsində belə bir məhdudiyyətin mövcudluğunu bilə-bilə A.Mursalıyev oktyabrın 31-də saat 18.45-də dövlət sərhədini “Şıxlı” Sərhəd Nəzarət Məntəqəsi vasitəsi ilə keçərkən saxlanılıb.

Qazax rayon Polis Şöbəsində ölkə ərazisindən çıxışına qoyulmuş məhdudiyyətin tələbləri bir daha izah edildikdən sonra o, həmin gün sərbəst buraxılıb.

Qeyd edək ki, Azad Mursalıyev fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayevin bacısı oğludur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm