Lənkəranda həyəti su basıb, bir ailə evdə köməksiz qalıb
Bizi izləyin

Hadisə

Lənkəranda həyəti su basıb, bir ailə evdə köməksiz qalıb

Lənkəranda evi su basıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, yağan intensiv leysan yağışlar nəticəsində Lənkəran rayonu, Şiləvar kəndində vətəndaşa məxsus evi və həyətyanı sahəni su basıb, bir ailənin 6 üzvü (3 uşaq, 3 qadın) evdə köməksiz vəziyyətdə qalıb.

Nazirliyin xilasediciləri əraziyə cəlb edilərək həmin şəxsləri təhlükəsiz əraziyə təxliyə edib, onlara müvafiq köməklik göstərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm