Ağstafada avtomobillə qatar toqquşdu, ər-arvad ağır xəsarət aldı
Bizi izləyin

Hadisə

Ağstafada avtomobillə qatar toqquşdu, ər-arvad ağır xəsarət aldı

Ağstafada ər və arvadın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun Köçəsgər kəndi ərazisində, Tatlı-Ağstafa dəmiryol xəttinin 97-ci kilometrliyində, qorunan dəmiryol keçidində kənd sakini, 1970-ci il təvəllüdlü Bahəddin Sultanov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə bağlı olan keçiddən keçmək istəyərkən elektrovoz maşını vurub. Hadisə zamanı sürücü və onun həyat yoldaşı, 1973-cü il təvəllüdlü Narınc Sultanova müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm