Hava limanında 20 kiloqram qaçaq kürü tutuldu - FOTO
Bizi izləyin

Hadisə

Hava limanında 20 kiloqram qaçaq kürü tutuldu - FOTO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda balıq kürüsünün qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Mahmudzadə Hüseyn Nazim oğlu gömrük nəzarətindən yaşıl kanalla keçərkən qanunvericiliyə uyğun olaraq onun əl baqajına rentgen aparatı vasitəsi ilə baxış keçirilib. Baxış zamanı gömrükçülər monitorda çoxlu sayda müxtəlif formalı qablarda qablaşdırılan kürüyə oxşar maddə müşahidə edib.

Bundan sonra həmin çantada yoxlama aparılıb və oradan gömrük nəzarətinə təqdim olunmayan 40 ədəd müxtəlif ölçülü qablarda qablaşdırılan qara və qırmızı rəngli balıq kürüsü aşkar edilib.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə görə də aşkar edilən qaçaqmalçılıq predmeti kustar üsulla hazırlanan, 19 kiloqram 210 qramı qara, 0.995 kiloqramı isə qırmızı rəngli olmaqla, ümumi xalis çəkisi 20 kiloqram 205 qram olan “nərə” cinsli balıq kürüsüdür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm