• USD 1,7000 0,00% EUR 1,9343 0,00%
    • GBP 2,1630 0,00% RUB 0,0254 0,00%

Gömrükçülər sərnişinin daxili orqanında psixotrop maddələr tapdı

Gömrükçülər sərnişinin daxili orqanında psixotrop maddələr tapdı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Sankt Peterburq-Bakı aviareysi ilə gələn sərnişindən isə 72 qrama qədər psixotrop maddə aşkar edərək götürüb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Azərbaycan vətəndaşı Ağami Seyid-Hüseyn Mirmehti oğlu gömrük nəzarətindən keçdikdən sonra saxlanılıb. Qanunvericiliyə uyğun şəkildə onun üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı onun daxili orqanı - düz bağırsağından 3 ədəd bükümdə 71,604 qram ağ rəngli, kristal şəklində narkotik vasitə - metadon aşkar olunub.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>