Bakıda intihara cəhd edən iş adamı xilas olundu – FOTOLAR
Bizi izləyin

Hadisə

Bakıda intihara cəhd edən iş adamı xilas olundu – FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin intihar məqsədi ilə tikilməkdə olan binanın üstünə çıxması barədə məlumat daxil olub.

Publika.az-ın nazirliyin saytına istinadən məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb ediliblər. Aparılan psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşınıb.

***

Bu dəqiqələrdə azərbaycanlı iş adamı özünə qəsd etmək üçün yarıtikili bir binaya çıxıb.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Əzizə İsmayılova öz “Facebook” hesabında yazıb. O, intihara cəhd hadisəsinin 9-cu mikrorayonda baş verdiyini qeyd edib. Məlumata görə, iş adamı Zərifə Əliyeva adına göz xəstəxanasının yanında yerləşən Zeytun bağının içərisində tikilmiş binanın üstünə çıxıb. Onun binanın sahibi olduğu və binanı sökmək istədikləri üçün intihar etmək istədiyi deyilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi və Təcili yardım maşınları gəlib.

Polis də hazırda hadisə yerindədir.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm