Hadisə
Ağsuda məktəb direktoru öldürüldü - TƏFƏRRÜAT
Ağsu rayonunda qətl hadisəsi törədilib.
APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Ərəbsarvan kəndində Çiyni kənd sakini, 1983-cü il təvəllüdlü Şirinov Kabus Xanlar oğlu keçmiş həyat yoldaşı, Ərəbsarvan kənd sakini, 1975-ci il təvəllüdlü Eyyubova Elnurə Üzeyir qızını mübahisə zəminində bıçaqlayıb. İki uşaq anası E. Eyyubova aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisəni törədən şəxs tutularaq istintaqa təhvil verilib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Məlumata görə, rayonun Hacıqədirli kəndindəki 4 illik orta məktəbin direktoru işləyən E. Eyyubova 3 il öncə K. Xanlarovdan boşanıb. O, övladları ilə birlikdə Ərəbsarvan kəndində yaşayıb. E. Eyyubova bir müddət əvvəl keçmiş ərinin uşaqlarına görə aliment verməməsi barədə polisə müraciət edib. Müraciət əsasında K. Xanlarov saxlanılaraq 20 günlük həbs cəzasına məhkum edilib. O, həbsxanadan çıxan kimi keçmiş arvadının evinə gedib və qətl törədib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
-
Avropa03:43
Meqan Markl Keyt Middletonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."