Xəzərdə meyiti tapılan balıqçının adı məlum oldu- YENİLƏNİB - FOTO/VİDEO
Bizi izləyin

Hadisə

Xəzərdə meyiti tapılan balıqçının adı məlum oldu- YENİLƏNİB - FOTO/VİDEO

Xəzərin Xaçmaz rayonu ərazisində itkin düşən və bu gün səhər saatlarında meyiti tapılan balıqçının şəxsiyyəti müəyyənləşib.

"Report"un hadisə yerində olan əməkdaşı xəbər verir ki, meyiti tapılan balıqçı Xaçmaz rayonunun Tikanoba kənd sakini Həmzə Nurəddinovdur.

Onun meyiti Şabran rayonunun Çayqaraqaşlı kəndinin ərazisində tapılıb.

***

Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapılıb.

"Report"un məlumatına görə, bu gün səhər saatlarından başlayaraq balıqçıların axtarşlarına Helikopter cəlb olunub. Axtarışlar zamanı balıqçılardan birinin meyiti tapılıb. Hələlik adı məlum olmayan balıqçı balıq toruna ilişib. Balıqçının meyitini Xaçmazın Niyazabad kəndindən 6 kilometr aralıda tapılıb. Həmçinin axtarşlar zamanı itkin düşən balıqçılara məxsus gödəkcə və batan qayıq sudan çıxarılıb.

Xatırladaq ki, ötən gün səhər saatlarında Xəzər dənizinin Xaçmaz rayonu Niyazabad kəndinə yaxın ərazisində balıqçı qayığı batıb. Havanın küləkli olması səbəbindən batan qayıqda olan üç nəfər - Xaçmaz rayonunun Tikanoba kənd sakinləri Həmzə Nurəddinov, Laçın Laçınov və Uzunoba kənd sakini İlqar Daşdəmirov itkin düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm