Mingəçevir bazarında qətl - sevgilisini öldürdü
Bizi izləyin

Hadisə

Mingəçevir bazarında qətl - sevgilisini öldürdü

Mingəçevir şəhərində qətl hadisəsi törədilib.

Hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən mərkəzi bazarın qarşısında baş verib.

Ağdam rayonunun Nəmərli kənd sakini, 1985-ci il təvəllüdlü Vəliyev Pərviz İsrafil oğlu Mingəçevir şəhər sakini, 1973-cü il təvəllüdlü Mustafayeva Yeganə Fəxrəddin qızını bıçaqlayaraq qətlə yetirib. P.Vəliyev insanların gözü qarşısında qeyri-rəsmi birgə yaşadığı Y.Mustafayevanın ürək nahiyəsinə 3 bıçaq zərbəsi endirib. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qətlin motivləri hələ məlum deyil. P.Vəliyev könüllü olaraq Mingəçevir şəhər Polis Şöbəsinə gedərək təslim olub.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır (APA).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm