• USD 1,7000 0,00% EUR 2,0272 +0,13%
    • GBP 2,2760 +0,20% RUB 0,0225 0,00%

DİN-dən Şirvandakı kriminal "razborka" ilə bağlı AÇIQLAMA

  • Hadisə
  • 6 Noyabr 2015 12:55
  • 1 264 Baxış
DİN-dən Şirvandakı kriminal "razborka" ilə bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi Şirvanda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, noyabrın 5-də Şirvan şəhərinin T.Ələkbərov küçəsində yerləşən kafedə naməlum şəxs tapançadan açdığı atəşlə şəhər sakinləri Elvin Nəciyevə və Zaur Sarıbalayevə xəsarət yetirib hadisə yerini tərk edib.

Z.Sarıbalayev hadisə yerində, xəstəxanaya yerləşdirilmiş E.Nəciyev isə orada ölüb.

Hadisə yerinə baxış zamanı “Makarov” markalı tapançaya aid 1 ədəd patron və 3 ədəd giliz aşkar edilərək götürülüb.

Şirvan ŞPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Anar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR