Fərhad Əliyevin əmisi nəvəsi faciəli şəkildə öldü
Bizi izləyin

Hadisə

Fərhad Əliyevin əmisi nəvəsi faciəli şəkildə öldü

Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Cəlilabad şəhərindən keçən hissəsində ağır yol qəzası baş verib.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Cəlilabad rayonu, Ələt-Astara yolunun 141-ci kilometrliyində “Toyota” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Virtualaz.org saytının xəbərinə görə, maşinı idarə edən şəxs Cəlilabad rayonu, Alar kəndinin sakini, 37 yaşlı Zaur Alxan oğlu Əliyev olub. Onun idarə etdiyi “Toyota Prado” markalı minik avtomobili yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində onun sərnişini, sürücünün qardaşı olan 40 yaşlı Ziyad Əliyev aldığı xəsarətlərdən hadisə yerində keçinib. Zaur Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Burada ona müvafiq tibbi yardım göstərilsə də vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə yola salınıb.

Qəzaya düşən şəxslərin sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin əmisi nəvələri olduğu bildirilir. Qəzada həyatını itirən Ziyad Əliyev Alar kəndində fermer təsərrüfatının sahibi olub. Onun qardaşı Zaur Əliyev isə Bakı şəhərində yaşayır və kiçik bizneslə məşğul olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm