“BakuBus” daha bir xəttə avtobus buraxdı
Bizi izləyin

Hadisə

“BakuBus” daha bir xəttə avtobus buraxdı

Bu gün “BakuBus” MMC-nin yeni, 3 nömrəli marşrut xətti istifadəyə verilib.

Bunu Publika.az MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

O qeyd edib ki, ikin mərhələdə noyabrın 7-9-da sınaq olaraq hər gün 8 ədəd avtobus sərnişinlərə xidmət göstərəcək, noyabrın 10-dan etibarən isə 3 saylı xəttə 18 avtobus buraxılacaq.

Fransa istehsalı olan “Iveco” avtobusları 3 saylı xətt üzrə “Azadlıq Prospekti” metro stansiyasından başlayaraq Süleyman Sani Axundov küçəsi - Şövkət Məmmədova küçəsi - Səttar Bəhlulzadə - Atatürk prospekti - Nəsib bəy Yusifbəyli küçəsi - Səməd Vurğun küçəsi - Ənvər Qasımzadə küçəsi - Bakıxanov küçəsi - İnşaatçılar prospekti - Ə.Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər Xiyabanı istiqamətində hərəkət edərək, əks istiqamətdə Şəhidlər Xiyabanı - Parlament prospekti – Hüseyn Cavid prospekti - Ə.Haqverdiyev küçəsi - İnşaatçılar prospekti - Bakıxanov küçəsi - Xan Şuşinski küçəsi - Ənvər Qasımzadə küçəsi - Ceyhun Hacıbəyli küçəsi - Fətəli xan Xoyski küçəsi - Koroğlu Rəhimov küçəsi - Fətəli xan Xoyski küçəsi- Atatürk prospekti - Şövkət Məmmədova küçəsi - Cəfər Xəndan küçəsi - İbrahim Paşa Dadaşov küçəsi - "Azadlıq Prospekti" m/st istiqamətində hərəkət edir.

Xəttin ümumi uzunluğu 25,8 km-dir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm