29 yaşlı qadın bıçaqlandı: əri isə...
Bizi izləyin

Hadisə

29 yaşlı qadın bıçaqlandı: əri isə...

Şirvanda 29 yaşlı qadın bıçaqlanıb.

Publika.az APA-ya istinadən bildirir ki, hadisə noyabrın 8-i saat 22.30 radələrində Şirvan şəhəri H.Əliyev prospekti 28a, mənzil 31 ünvanında baş verib.

Həmin ünvanda yaşayan və qeydiyyatda olan 1986-cı il təvəllüdlü Zeynalova Arzu Mirzəbəy qızına bıçaqla xəsarət yetirilib.

Mədə nayihəsindən bıçaq yarası alan qadın Şirvan şəhər xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb. Hadisənin başvermə səbəbləri və təfərrüatları araşdırılır.

Qadını xəstəxanaya çatdıran əri, həyat yoldaşının ruhi xəstə olduğunu və onun özü-özünə bıçaqla xəsarət yetirdiyini bildirir.

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm