Güclü külək İsmayıllını işıqsız qoydu
Bizi izləyin

Hadisə

Güclü külək İsmayıllını işıqsız qoydu

Ötən gündən güclü külək İsmayıllı rayonunda ciddi fəsadlara yol açıb.

İsmayıllı rayon İcra başçısının birinci müavini Rövşən Ağayev Publika.az-a açıqlamasında əsas zərərin elektrik təsərrüfatına dəydiyini deyib.

“Güclü külək nəticəsində Gəraybəyli kəndində bir evin üstünə ağac aşmışdı. Hadisə nəticəsində xəsarət alan olmasa da, evin dam örtüyü tamamilə sıradan çıxıb. Bu fəsadın aradan qaldırılması üçün iş görülür. Külək əsasən elektrik təsərrüfatına ziyan vurub. 1000 metrdən çox naqil sıradan çıxıb. Ötən axşam rayonun 60%-də elektrik olmayıb. Gecə saat 24:00-dək əksər ərazilərdə elektrik bərpa edilib. Bir neçə kənddə hələ problem qalıb, bu gün axşam saatlarınadək tam aradan qaldırılması üçün iş aparılır. Şəhərin özündə iki transformator sıradan çıxmışdı, onlar da bərpa edilib”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm