ŞOK: Bu qızı 43 min dəfə zorladılar – VİDEO/FOTOLAR
Bizi izləyin

Hadisə

ŞOK: Bu qızı 43 min dəfə zorladılar – VİDEO/FOTOLAR

Meksikada hələ 12 yaşında ikən oğurlanan qız 4 il insan alverçilərinin əlində qalıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Karla Jasinto adlı qız 2004-cü ildə bir metro stansiyasında yoldaşlarını gözləyərkən insan tacirləri tərəfindən qaçırılıb.

O, 4 il ərzində təxminən 43 min dəfə təcavüzə məruz qalıb. Bu müddət ərzində hər gün təxminən 30 nəfərlə cinsi əlaqəyə məcbur edilib. Karla insan alverçilərinin əlindən xilas olanda 16 yaşında olub.

Yaşadığı dəhşətli həyatı barədə “CNN International” kanalına danışan Karla minlərlə qızın həyatının bu şəkildə məhv edildiyini söyləyib. O, qaldığı evə hər həftə yeni qızların gətirildiyini deyib.

Karla 14 yaşında ikən ailəsinə ona aid seks videosu göndərilib. O, yaşadığı 4 illik kabusdan sonra nəhayət 2008-ci ildə Meksika polisinin insan ticarətinə qarşı təşkil etdiyi əməliyyat zamanı xilas edilib. Hazırda 23 yaşında olan Karla həyatını insan ticarəti ilə mübarizəyə həsr edir. İyul ayında Vatikanda Papa Fransisk ilə görüşən Karla may ayında ABŞ-da təşkil edilən bir Konqresdə başına gələnləri danışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm