Bakıda dələduz “general” axtarışa verildi - FOTO
Bizi izləyin

Hadisə

Bakıda dələduz “general” axtarışa verildi - FOTO

Bakıda “general” ləqəbli dələduz axtarışa verilib.

Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, 1954-cü il təvəllüdlü Manaf Bala oğlu Nadirov Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. O, xeyli sayda vətəndaşın etimadını qazanaraq 100 min manatdan artıq mənimsəməyə yol verib.

Polisdən həmçinin bildirilib ki, M. Nadirov Bakıda “general” ləqəbi ilə tanınır.

Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm