Yataqxanada yanğın, 30 nəfər təxliyyə edildi
Bizi izləyin

Hadisə

Yataqxanada yanğın, 30 nəfər təxliyyə edildi

Sabunçu rayonunda beşmərtəbəli yataqxanada yanğın baş verib.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, binanın 3-cü mərtəbəsində ümumi sahəsi 20 kv.m olan 1 otaqlı mənzilin eyvanında 1 ədəd şkaf, 2-ci mərtəbədə ümumi sahəsi 40 kv.m olan 2 otaqlı mənzilin eyvanında 2 şkaf yanıb.

Yüksək temperaturdan mənzildə olan digər ev əşyaları əriyərək yararsız vəziyyətə düşüb. Yanğın zamanı binadan 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm