FTX İŞİD-ə qoşulmaq istəyən azərbaycanlı tələbəni saxladı
Bizi izləyin

Hadisə

FTX İŞİD-ə qoşulmaq istəyən azərbaycanlı tələbəni saxladı

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İvanovo vilayəti üzrə idarəsi İŞİD terror təşkilatına qoşulmaq istəyən iki nəfəri saxlayıb.

Publika.az “chastnik.ru” saytına istinadən xəbər verir ki, onlardan biri azərbaycanlıdır.

Şərti adı “Əli” olan azərbaycanlı şəhər kolleclərindən birinin tələbəsidir. Saxlanılan şəxslər dini-ekstremist baxışlara sahib idi və İŞİD-in sıralarına qoşulmaq üçün Suriyaya getməyi planlaşdırırdılar. “Əli”nin "Vkontakte" sosial şəbəkəsindəki tanışları ilə Suriyada baş verən hadisələr barədə müzakirələr apardığı müəyyənləşdirilib. Həmin yazışmalarda azərbaycanlı tələbə İŞİD-lə bağlı müsbət fikirlər söyləyib.

O, Suriyaya getmək fikrini ilk dəfə 2015-ci il aprelindəki yazışmalardan birində ifadə edib. Azərbaycanlı tələbə həmçinin "Vkontakte" sosial şəbəkəsində öz qrupunu yaradıb. Bu qrupa başqa regionlardan iki tərəfdar qoşulub. Qrupda ekstremist və terror xarakterli videomateriallar dərc edilib.

Gənclər şəxsi əlaqələr və sosial şəbəkələrdə yazışmalar zamanı dəfələrlə vuruşmaq üçün Suriyaya getmək niyyətlərini ifadə ediblər.

Azərbaycanlı tələbə polisə verdiyi ilkin ifadəsində peşman olduğunu bildirib. Onun azad edildiyi və hazırda təhsilini davam etdirdiyi bildirilir. Məlumata görə, FTX-nin İvanovo vilayəti üzrə idarəsinin rəsmi xəbərdarlığından sonra valideynləri azərbaycanlı gənc üzərində nəzarəti gücləndiriblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm