Bakıda avtobus sürücüləri arasında dava düşdü - VİDEO
Bizi izləyin

Hadisə

Bakıda avtobus sürücüləri arasında dava düşdü - VİDEO

Bu gün axşam saatlarında 10 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda iki sürücü araslnda dava düşüb.

Publika.az xəbər verir ki, sürücülərdən biri 10 TG 929 dövlətnömrə nişanlı avtobusun sürücüsünə onun şəriki olduğu arxadan gələn eyni marşrut xətti üzrə hərəkət edən avtobusun qrafikinə daxil olduğunu əsas gətirərək dayanacaqlarda saxlamasına mane olmağa çalışıb. Hətta o, qapını kəsərək sərnişinlərin düşməsinə imkan verməyib. Sərnişinlərin kəskin etirazından sonar dava salan sürücü avtobusu tərk edib.

Xatırladaq ki, bu gün 10 saylı marşrut xətti üzrə hərəkət edən daha bir avtobus qəza törədib. 10-TG-824 dövlət nömrə nişanlı sərnişin avtobusu yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq qarşıda hərəkət edən 10 RV 950 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobili vurub. Hadisə nəticəsində minik avtomobili yararsız hala düşüb, sürücü sıxılmış vəziyyətdə maşında qalıb. Müxtəlif bədən xəsarətləri alan sürücü ətrafdakıların yardımı ilə maşından çıxarılaraq, hadisə yerinə çağırılan təcili yardımla xəstəxanaya göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm