İki nəfər özünü güllələdi
Bizi izləyin

Hadisə

İki nəfər özünü güllələdi

İsmayıllı rayon sakini özünü silahla vurub.

APA-nın xəbərinə görə, hadisə İsmayıllı şəhərinin Ü. Hacıbəyov küçəsindəki dalan 4, ev 10 ünvanında qeydə alınıb. Şəhər sakini, 1948-ci il təvəllüdlü Süleymanov Teymurxan Məmmədəli oğlu yaşadığı evdə ov tüfəngindən atəş açaraq özünü yaralayıb. Başından ağır güllə yarası alan Teymurxan Süleymanov təcili olaraq İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sonradan vəziyyəti ağırlaşan T.Süleymanov müalicə üçün Bakı şəhərinə göndərilib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. 67 yaşlı kişinin ehtiyatsızlıqdan özünü vurması və ya intihara cəhd etməsi versiyaları araşdırılır.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şəmkirdə isə bir nəfər ehtiyatsızlıqdan özünü güllələyib.

APA bildirir ki, rayonun Bayramlı kənd sakini, 1973-cü il təvəllüdlü Ələddin Cəfərov qarın nahiyəsinin güllə yarası xəsarəti ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyəti ağır qiymətləndirilir.

Bu faktla bağlı da hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm