Taksi sürücüsünün başını kəsib... – Dəhşətli qətlin TƏFƏRRÜATI
Bizi izləyin

Hadisə

Taksi sürücüsünün başını kəsib... – Dəhşətli qətlin TƏFƏRRÜATI

Ötən ilin yayında taksi sürücüsünü qətlə yetirən 1984-cü il təvəllüdlü Elşad Bağırov 19 il azadlıqdan məhrum edilib.

Publika.az xəbər verir ki, ötən il avqustun 2-də baş verib. Samux rayonunun Sərkar kəndinin ərazisində Gəncə şəhər sakini Səyyad Bədəlovun meyiti onun özünə məxsus “VAZ-21015” markalı avtomobilin yük yerində aşkar edilib.

Dərhal hadisə yerinə Samux Rayon Polis Şöbəsi və prokurorluq əməkdaşları gəlib. İlkin araşdırma zamanı cinayətin Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Bağırov tərəfindən törədilməsi müəyyən edilib.

Planlaşdırılan qətl

Iastintaq müəyyən edib ki, Elşad Bağırov tаksi sürücüsü kimi fəаliyyət göstərən, əvvəllər tаnıdığı Səyyad Bədəlovun üzərində olаn qızıl zinət əşyаlаrını, pulunu, mobil telefonunu quldurluqlа ələ keçirmək üçün onu öldürməyi əvvəlcədən planlaşdırıb. Məqsədinə çatmaq üçün o, аvqustun 1-də Səyyad Bədəlova zəng vuraraq Gəncə şəhəri, Heydər Əliyev prospektindəki Dəmiryol vağzalının qarşısında görüş təyin edib.

Görüş yeri

O, Səyyaddan onu Goran qəsəbəsinə aparmasını xahiş edib. Oradan isə taksini Yevlax rayonunun Xaldan qəsəbəsinə sürdürüb. Qəsəbədə avtomaşınların hərəkətlərinin seyrək olduğunu görən Elşad, Səyyaddan maşını yolun kənarında saxlamasını xahiş edib.

Sürücüyə basqın

Maşın dayanar dayanmaz, Elşad sürücüyə hücum edib. Ona bir neçə yumruq ilişdirdikdən sonra əlindəki bışağı sürücünün boğazına çəkib. Səyyad aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Qətl və qarət

Bundan sonra Elşad Səyyadın üzərində olan 583 əyyarlı, qolbağı ilə birlikdə 1176 manat dəyərində qızıl metaldan hazırlanmış “Mak-taym” markalı 1 ədəd kişi qol saatını, 336 manat dəyərində 9 ədəd xırda dənəli brilliant qaşlı 12 qram çəkisi olan 1 ədəd kişi üzüyünü, 20 manat dəyərində “Samsunq” markalı mobil telefonunu, 2100 manat nağd pulunu götürüb.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm