Quyu qazarkən boğulub öldülər
Bizi izləyin

Hadisə

Quyu qazarkən boğulub öldülər

Tovuzda ehtiyatsızlıq iki nəfərin həyatına son qoyub.

Publika.az-ın TTV-yə istinadən xəbər verir ki, rayonun Düz Qırıqlı kəndində yerləşən mərkəzi parkda quyu qazarkən hava çatışmazlığı nəticəsində iki nəfər 4 metr qədər dərinlikdə olan quyuda yaranan hava çatışmazlığından boğulublar.

Aşağı Quşçu kənd sakinləri 62 yaşlı Zaman Musayev və 41 yaşlı Azad Mürşüdovun cəsədlərinin quyudan çıxarılması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Tovuz Xilasetmə Briqadası cəlb olunub. Hər iki şəxsin nəşi Tovuz Rayon Prokurorluq əməkdaşlarının iştirakı ilə Məhhkəmə Tibbi Ekspertizanın Potoloji Anatomiya Birliyinə göndərilib. Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm