• USD 1,7000 0,00% EUR 2,0246 +0,54%
    • GBP 2,2714 +0,25% RUB 0,0225 +0,44%

Pula görə atasını öldürdü, anasının qanını tökdü – Dəhşətli qətlin TƏFƏRRÜATI

  • Hadisə
  • 25 Noyabr 2015 02:33
  • 1 266 Baxış
Pula görə atasını öldürdü, anasının qanını tökdü – Dəhşətli qətlin TƏFƏRRÜATI

Tərtər rayonunda ailə münaqişəsi sonda dəhşətli qətllə nəticələnib. Rayonun Bayandur kəndində 1985-ci il təvəllüdlü Arzuman Vəliyev öldürmək məqsədi ilə valideynlərini bıçaqlayıb.

Publika.az xəbər verir ki, 29 yaşlı oğlan əvvəlcə anası Gülbəs Vəliyevaya hücum edib, onu bıçaqlayıb. Sonra da atası Sərdar Vəliyevi çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib...

A.Vəliyevin ruhi-əsəb xəstəsi olduğu bildirilir.

Qisas

Arzuman Vəliyevin cinayət işi Tərtər Rayon Prokurorluğunda araşdırılıb. İstintaqla müəyyən edilib ki, 2014-cü il avqustun 24-də, saat 10 radələrində Tərtər rayonunun Bayandur kəndində yaşadıqları evdə Arzuman Vəliyev atası Sərdar Vəliyevdən Tərtər şəhərinə çayxanaya getmək üçün pul istəyib. Ata isə ruhi xəstə olan övladına çayxanaya getmək üçün pul verməkdən imtina edib. Bu səbəbdən də ata-oğul arasında mübahisə yaranıb, oğul qısas almaq məqsədilə doğma atasını öldürmək qərarına gəlib.

Bu niyyətlə masanın üzərində olan bıçağı götürərək ona tərəf yeriyib. Həmin vaxt anası Gülbəs Vəliyeva araya girib.

Şizofreniyanın sadə formasından- xroniki psixi xəstəlikdən əziyyət çəkən oğlunun hərəkətlərini dərk etmədiyi üçün atasını bıçaqla vuracağından ehtiyat edən ana ona mane olmaq istəyib. Və ondan bıçağı yerə qoymasını təkidlə tələb edib. Amma hərəkətlərini dərk etməyən Arzumanın gözləri daha da qızıb. O, bıçaqla anasına iki dəfə xəsarət yetirib. Sonra da atasını bıçaqlamağa başlayıb. Zərbələrdən biri kişinin ürəyindən dəyib. O, hadisə yerindəcə dünyasını dəyişib.

Səs-küyə gələn qonuşar hadisə ilə bağlı rayonun hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Dərhal hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, təcili tibbi yardım gəlib. Yaralı Gülbəs Vəliyeva Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona vaxtında tibbi yardım göstərildiyindən, həyatını xilas etmək mümkün olub.

16 il cəza

Arzuman Vəliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29,120.2.9-cu (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham edilib. Və Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 16 il müddətinə azadlıqdan məhrum olunub.

Hökmdən narazı qalan prokurorluq apellyasiya protesti verərək Arzuman Vəliyevin cəzasının ağırlaşdırılmasını –daha doğrusu, ona ömürlük cəza təyin edilməsini istəyib. Lakin Gəncə Apellyasiya Məhkəməsində işə baxan hakimlər prokurorluğun protestini təmin etməyiblər.

Hacı Zeynalov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR