• USD 1,7000 0,00% EUR 2,0567 0,00%
    • GBP 2,3990 0,00% RUB 0,0236 0,00%

Nazirlik: Şahdağ qoruğundakı yanğın qəsdən törədilib?

  • Hadisə
  • 26 Noyabr 2015 12:49
  • 598 Baxış
Nazirlik: Şahdağ qoruğundakı yanğın qəsdən törədilib?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkında baş verən meşə yanğınıyla bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, Şahdağ Milli Parkının Quba meşəbəyliyinin 8 saylı dolayının 6 müxtəlif yerində eyni vaxtda yanğın hadisəsi baş verib: "Dərhal əraziyə cəlb olunan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının birgə səyləri nəticəsində bu gün səhər saat 7 radələrində yanğının qarşısı tam alınıb.

Yanğın nəticəsində Milli Parkın 10 hektar ərazisində xəzəl və quru ot örtüyü yanıb, meşə örtüyünə ziyan dəyməyib".

Məlumatda qeyd olunub ki, yanğının eyni vaxtda bir neçə yerdə baş verməsi hadisənin bilərəkdən və qəsdən törədildiyi ehtimalını yaradır: "Hadisənin səbəblərinin və təqsirkarların müəyyən edilməsi üçün Şahdağ Milli Parkı tərəfindən qanunamüvafiq sənədləşmə işləri aparılıb və rayon polis şöbəsinə müraciət olunub".

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR