• USD 1,7000 0,00% EUR 2,0271 0,00%
    • GBP 2,2728 0,00% RUB 0,0225 0,00%

Avtobus divara çırpıldı: 20-yə yaxın yaralı

  • Hadisə
  • 26 Noyabr 2015 16:24
  • 930 Baxış
Avtobus divara çırpıldı: 20-yə yaxın yaralı

Gəncədə ağır yol qəzası baş verib.

Publika.azKəpəz” TV-yə istinadən xəbər veir ki, Gəncədə 29 saylı marşrut üzrə hərəkət edən mikroavtobus Ozan küçəsində divara çırpılıb. Nəticədə 20-yə yaxın sərnişin xəsarət alıb. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya və travmatologiya şöbələrinə yerləşdiriliblər.

Yaralılardan 16-sının kimliyi müəyyənləşdirilib. Onlardan 6-nın vəziyyəti ağır, 10-nun vəziyyəti isə orta ağırdır.

***

Gəncədə sərnişin daşıyan mikroavtobusun divara çırpılması nəticəsində 20 nəfər xəsarət alıb.

Publika.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən yaralılardan vəziyyəti ağır olanlar var.

Bu gün saat 14:00 radələrində Gəncənin Ozan küçəsində sərnişin daşıyan mikroavtobus qəza törədib. 29 saylı marşrut üzrə hərəkət edən “Mercedes” markalı mikroavtobus Firdovsi Əliyev küçəsindən Ozan küçəsinə dönərkən əyləc sistemində yaranan problem üzündən yaşayış evinin divarına çırpılıb. Hadisə nəticəsində nəqliyyat vasitəsinin sürücüsü və 19 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan 2-nin vəziyyətinin ağır, 17-nin səhhətinin isə orta ağır olduğu bildirilir.

Həkim Şahin Quliyev deyib: “Qəza nəticəsində bizim xəstəxanaya 19 nəfər gətirilib. Onlardan ikisinin vəziyyəti ağır olduğundan dərhal palataya yerləşdirilib. Digərlərinin isə müayinələri davam etdirilir. Bəzilərinin xəsarətləri yüngül olduğundan ambulator müalicədən sonra evə buraxılacaq”.

Xəstəxanadan yaralıların əksəriyyətinin tələbə olduğu bildirilir. Yaralılar bunlardır:

Azər Məmmədov - sürücü
Şəhriyar Cəlilov
Hekayət Əhmədzadə
Arifə Cabbarova
Xəyalə Abdulxalıqova
Ülkər Əfəndiyeva
Afaq Məmmədova
Məryəm Əliyeva
Zəhra Məmmədova
Nərmin Əmirova
Sevda İsmayılova
Zöhrab Namazov
Elmir Cəlilli
Elmira Məmmədova
Milana Məmmədova
Amid Babaxanov
Toğrul Əliyev
İlham Bağırov
Pərvanə Fətəliyeva
Tofiq Eminov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR