Naradaran ağsaqqalı DANIŞDI
Bizi izləyin

Hadisə

Naradaran ağsaqqalı DANIŞDI

Ötən gün Nardaranda baş vermiş hadisə ilə bağlı günahkar şəxslər cəzalarına çatacaqlar. Bunu Trend-ə Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov bildirib.

N.Kərimov qeyd edib ki, heç kəs hadisələrin belə cərəyan etməsini istəməzdi: "Qarşıdurma zamanı həlak olmuş polislər də bizim qardaşlarımızdır. Hamımız azərbaycanlıyıq. Allah hamısına rəhmət eləsin! İstintaq gedir. İnanırıq ki, istintaqın yekununda günahkarlar öz cəzalarına çatacaqlar".

Qeyd edək ki, Trend-in əməkdaşları hazırda hadisə yerindədir. Qəsəbədə vəziyyət sabitdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm