Hadisə
Ağdaşda bir ailənin faciəsi: 2 bacı öldü, ata,oğul yaralandı
Ağdaş rayonunda iki nəfərin ölümü, 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
Hadisə noyabrın 29-da axşam saatlarında Ağdaşın Türyançay
kəndində qeydə alınıb.
Ağdaş sakini, 1989-cu il təvəllüdlü Əliyev Əfqan Elton oğlunun
idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetməni
itirərək yolun kənarındakı daş hasara çırpılıb.
Nəticədə sürücü Əfqan Əliyev, onun atası 1962-ci il təvəllüdlü
Əliyev Elton Cəlal oğlu, onun qayınanası 1948-ci il təvəllüdlü
Quliyeva Fatimə Qabil qızı, bacısı 1944-cü il təvəllüdlü Quliyeva
Südabə Qabil qızı və ailənin qohumu, 1966-cı il təvəllüdlü
Fərzəliyeva Ruhəngiz Tofiq qızı müxtəlif dərəcəli bədən xəsarətləri
alıblar.
Südabə Quliyeva hadisə yerində, bacısı Fatma Quliyeva isə
xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Digər 3 yaralı isə Ağdaş Mərkəzi rayon Xəstəxanasına
yerləşdirilib.
Ruhəngiz Fərzəliyeva və Elton Əliyev hazırda koma
vəziyyətindədir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik tam
məlum deyil.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (APA)
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...