• USD 1,7000 0,00% EUR 2,0137 -0,22%
    • GBP 2,2658 +0,09% RUB 0,0224 +0,45%

Baş Prokurorluqdan Zaqataladakı amansız cinayətlə bağlı AÇIQLAMA

  • Hadisə
  • 30 Noyabr 2015 18:03
  • 1 341 Baxış
Baş Prokurorluqdan Zaqataladakı amansız cinayətlə bağlı AÇIQLAMA

Azərbaycan Baş Prokurorluğu Zaqatalada baş verən cinayətlə bağlı açıqlama yayıb.

Baş Prokurorluqdan Publika.az-a verilən məlumata görə, Zaqatala rayon prokurorluğunda aparılmış ilkin araşdırma zamanı rayon sakinləri Rəşad Tahirov və Araz Musayevin qabaqcadan əldə olunmuş razılığa əsasən noyabrın 28-də həmyerliləri Vüsal Bəşirovla görüşüb, onu kirayədə yaşadıqları evə apardıqları məlum olub.

Vüsal Bəşirov Araz Musayevə borcu olduğundan onu döyüb əllərini, ayaqlarını və ağzını yapışqanlı lentlə bağlayaraq həmin ünvana çağırdıqları minik avtomobili ilə şəhərin “Asma körpü” deyilən ərazisinə aparıblar. Bundan sonra R.Tahirov V.Bəşirovun ayaqlarını tutub, A.Musayev isə özü ilə gətirdiyi balta ilə Vüsalın hər iki əlini bilək nahiyəsindən kəsərək hadisə yerindən qaçıblar. Prokurorluq faktla bağlı kifayət qədər əsaslar müəyyən edib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.1, 120.2.2, 120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində A.Musayev şübhəli şəxs qismində tutulub.

Cinayətin törədilməsində şübhəli bilinən R.Tahirovun tapılaraq istintaqa cəlb olunması istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR