84 yaşlı kişi intihar etdi
Bizi izləyin

Hadisə

84 yaşlı kişi intihar etdi

Şəkidə 84 yaşlı kişi intihar edib.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, noyabrın 30-u saat 14.00 radələrində rayonun Baş Göynük kəndində kənd sakini, 1931-ci il təvəllüdlü Kərim Umar oğlu Kərimovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki təndirxanada asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkarlanıb. Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqanı əməkdaşlarının apardığı araşdırma zamanı 84 yaşlı Kərim Kərimovun intihar etməsi məlum olub.

Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm