Neftçilərin axtarışları davam edəcək
Bizi izləyin

Hadisə

Neftçilərin axtarışları davam edəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada itkin düşən 23 nəfərin və "Neft daşları" yatağında itkin düşən 3 nəfərin axtarışı davam etdirilir.

"Report" xəbər verir ki, bunu "Azneft" İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov operativ qərargahda keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, axtarış işinə FHN-nin 4 helikopteri, Sərhəd Qoşunlarının helikopterləri və SOCAR-ın gəmiləri cəlb olunub. Onun sözlərinə görə, ehtimal olunan bütün istiqamətlərdə axtarışlar aparılır: "İtkin düşmüş hər bir neftçi tapılana kimi axtarışlar davam edəcək".

"Hazırda "Günəşli" yatağında 10 saylı dərin dəniz özülündə baş verən yanğının söndürülməsi istiqamətində 5 yanğınsöndürən gəmi çalışır. Yanan quyuları ram etməklə 4 qaz quyusunun söndürülməsi ilə məşğuluq. Hazırda yanğınsöndürən gəmilər oradadır. İlk növbədə özülü su ilə təmin etmək üçün texniki tədbirlər görülür", - D.İskəndərov vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm