​Yevlaxda yol qəzası: bir ölü
Bizi izləyin

Hadisə

​Yevlaxda yol qəzası: bir ölü

Yevlax şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, Heydər Əliyev küçəsində qeydə alınan qəzada "Mercedes" markalı avtomobil üçtəkərli motosiklet ilə toqquşub.

Nəticədə motosikletin sürücüsü ağır bədən xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, hələlik şəxsiyyəti məlum olmayan sürücü həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm