Müdirinin başını kəsdi, sonra intihar etdi
Bizi izləyin

Hadisə

Müdirinin başını kəsdi, sonra intihar etdi

Fransanın Lion şəhərində qaz istehsalı müəssisəsində işləyən Yassin Salhi adlı bir nəfər müdirinin başını kəsib.

Publika.az xəbər verir ki, bu əməlinə görə həbs edilən həmin şəxs intihar edib.

35 yaşlı Y.Salhi bir neçə ay əvvəl işlədiyi müəssisədə müdirini öldürüb, sonra başını kəsmişdi. Daha sonra o, kəsilmiş başı müəssisənin qarşısında asıb. Onun bu əməli İŞİD terror təşkilatının edam üsullarına bənzədiyinə görə hadisə ilə bağlı terror araşdırması başlamışdı. Salhi isə cinayəti şəxsi münasibətlərinə görə törətdiyini, İŞİD-lə əlaqəsinin olmadığını demişdi.

Bu gün isə o, qaldığı həbsxanada yataq mələfəsini dəmir dirəklərə asaraq intihar edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm