"Qardaşım oğlu biqeyrətin biridir" - qatilin əmisi - VİDEO
Bizi izləyin

Hadisə

"Qardaşım oğlu biqeyrətin biridir" - qatilin əmisi - VİDEO

Abşeron rayonunda qətl hadisəsi törədilib.

Toydan bir gün əvvəl təşkil olunan qonaqlıqda qohumlar arasında düşən mübahisə bir nəfərin ölümünə səbəb olub. Hadisə Abşeron rayonu, Saray qəsəbəsində Rövşən Nəbiyev küçəsi, 23 ünvanında qeydə alınıb. Belə ki, xeyir işə hazırlaşan Ağayevlər ailəsi toydan bir gün əvvəl yaxınları üçün "ciyər axşamı" məclisi təşkil ediblər. Məclisdə iştirak edən ev sahibi Seyran Ağayevin qardaşı oğlu, əvvəllər məhkum olunmuş Arif Ağayev digər qohumu ilə mübahisə edib. Mübahisə zəminində Arif Ağayev bıçaqla qohumunu vurmaq istəyəndə 45 yaşlı Əlibaba Məmmədov onları ayırmaq istəyib. Bu zaman bıçaq Əlibalanın sinəsinə dəyib. Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Ailəsində təşkil olunan toy məclisinin yasa çevrildiyini deyən Seyran Ağayev baş verən hadisənin ona həm mənəvi, həm də maddi cəhətdən zərbə vurduğunu bildirib:

"Vuranın biri mənim qardaşım oğludur. Özü də nanəcibin, biqeyrətin biridir. Bununla 3-cü əməlidir artıq. Vurulanın qaynı stəkanı götürüb çırpıb onun başına. Qaçmaq istəyəndə yeznəsi özünü verib qabağa, bıçaq da dəyib ona".

Cinayəti törətməkdə şübhəli bilinən Arif Ağayevə gəlincə o, Əlibala Məmmədovun öldüyünü görəndən sonra hadisə yerini tərk etdib.

Abşeron rayon polis idarəsinin əməliyyatçıları cinayəti törədən şəxsin yerinin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirirlər. (Region TV)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm