İmişlidə yol müsibəti: 3 ölü, 1 yaralı...
Bizi izləyin

Hadisə

İmişlidə yol müsibəti: 3 ölü, 1 yaralı...

İmişli rayonunda dəhşətli yol qəzası baş verib.

Publika.az Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən bildirir ki, dekabrın 26-da gecə saat 1 radələrində İmişli şəhərində şəhər sakini Elçin Kərimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil həmyerlisi Nazim Pənahovun yol kənarında dayanmış “ZİL” markalı yük maşınına çırpılıb. Nəticədə “07”-də olan Elçibəy Mürşüdov, Valeh Əmirov və Samir Cavadov aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

Ağır yaralanan E.Kərimov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı İmişli RPŞ-də araşdırma başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm