İstanbul-Bakı reysində gecikmə olub
Bizi izləyin

Hadisə

İstanbul-Bakı reysində gecikmə olub

Türkiyədə güclü qar yağması səbəbindən İstanbulla Bakı arasındakı təyyarə reyslərində gecikmə olub.

Bu barədə Publika.az-a Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Hava limanından verilən məlumatda deyilir ki, səhər ilk reysdə gecikmə olmasa da, ikinci reysdə bir saata qədər gecikmə olub. Bu, Türkiyə ərazisində müşahidə edilən əlverişsiz hava şəraiti ilə əlaqədardır.

Qeyd edək ki, bu gün İstanbuldan Bakıya daha iki reys var: 14:35 və 17:15-də. Həmin reyslərdə gecikmə olub-olmayacağı hələ məlum deyil.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm