Şəkidə valyuta dəllalları cərimələndi
Bizi izləyin

Hadisə

Şəkidə valyuta dəllalları cərimələndi

Şəkidə müvafiq sənədləri olmadan fəaliyyət göstərən valyuta mübadilə məntəqəsinin işçiləri valyuta tənzimi qaydalarını pozduqlarına görə cərimə ediliblər.

Publika.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhərdəki mərkəzi bazarın ərazisində müvafiq sənədləri olmadan fəaliyyət göstərən valyuta mübadilə məntəqəsinin işçiləri -şəhər sakinləri Yusif Məmmədov və Səbuhi Abdullayev valyuta tənzimi qaydalarını pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinin 222.1-ci maddəsinə əsasən hər biri 90 manat cərimə edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm