İlin ilk ay tutulması - FOTO
Bizi izləyin

Hadisə

İlin ilk ay tutulması - FOTO

Bu gecə Bakı sakinləri təbiətin xoş bir sürprizi ilə qarşılaşıb. ANS PRESS-in xəbərinə görə, paytaxtda 2016-cı ilin ilk ay tutulması hadisəsi baş verib. Bu təbiət hadisəsi nəticəsində 22 günlük ay paytaxtın şərq tərəfində qırmızı rəngdə görünüb.



Öz orbitində hərəkət edərkən ayın bəzən yerin kölgəsindən keçməsi hadisəsinə ay tutulması deyilir. Bu, planetimizin günəşlə ayın arasında qalması ilə ayın günəşdən aldığı parlaqlığı itirməsi nəticəsində baş verir. Ay saatda 3456 km sürətlə hərəkət etdiyindən ay tutulmasının müddəti 40 dəqiqə ilə 1 saat arasında dəyişir. Bu hadisə zamanı ay tamamilə yerin kölgəsində qalsa da planetimizin atmosferində sınan günəş şüaları təbii peykin üzərində əks olunur və ay mis rəngində müşahidə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm