82 yaşlı qadın evində yandı
Bizi izləyin

Hadisə

82 yaşlı qadın evində yandı

Bakıda mənzildə yanğın hadisəsi baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Yasamal rayonunda 1933-cü il təvəllüdlü Bibixanım Məhəmmədrəhim qızı Rəhimovaya məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 55 kv.m sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibi B.M. Rəhimovanın yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm