DƏHŞƏT: Ər arvadının başını kəsdi
Bizi izləyin

Hadisə

DƏHŞƏT: Ər arvadının başını kəsdi

Füzuli rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Füzuli Rayon Prokurorluğundan verilən məlumata görə, rayonun Bala Bəhmənli kənd sakini 1978-ci il təvəllüdlü Gəncəvi Zöhrab oğlu Sadıqov aralarında yaranan mübahisə zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü Vüsalə Hidayət qızı Əsədovanın boğazını kəsib.

31 yaşlı qadın aldığı bıçaq yaralarından hadisə yerindəcə dünyasını dəyişib. Hadisə ailənin iki azyaşlı övladının gözü qarşısında baş verib.

Hazırda rayon prokurorluğunun əməkdaşları hadisə yerində araşdırma aparır.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda cinayət məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. (anspress)

İlkin məlumata görə, ərlə arvadı arasında mübahisə evdə istiliyin olmaması səbəbindən yaranıb. Arvadı gileylənib ki, evdə istilik yoxdur, uşaqlar soyuqdan donur, o isə bir ər kimi buna heç bir əncam çəkmir.

Bu söz ev sahibinin xoşuna gəlməyib, onu özündən çıxarıb və... sonu məlumdur.

Rayon polisindən o da bildirilib ki, bu ailədə həmişə qalmaqal olub. Məhz bu səbəbdən də Sadıqovlar ailəsi "problemli ailə" kimi polisdə qeydiyyata götürülübmüş.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm